Binəqədi məktəbliləri "Ölkəmizi tanıyaq" tur aksiyasında

“Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Binəqədi məktəblilərinin Lənkəran - Masallı –Astara rayonlarına yola salınmaları münasibətilə tədbir keçirildi. Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, Rayon İcra Hakimiyyətinin başçısının müavinləri, YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, məktəb direktorları, valideynlər, ictimai birliklər, “Ölkəmizi tanıyaq” tur aksiyanın iştirakçıları iştirak etmişdirlər. 
Tədbirdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov xalqımızın gələcəyi olan uşaqlara göstərilən dövlət qayğısından, gənc nəslin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən söz açdı.

Çıxış edənlər Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, 283 nömrəli tam orta məktəbin şagirdi Şəbnəm Verdiyeva, 144 nömrəli tam orta məktəbin şagirdi Nicat Hüseynli, İlqar Hüseynzadənin valideyni İlhamə Hüseynzadə “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində ölkəmizin müxtəlif bölgələrinə reallaşdırılan maarifləndirici tur-aksiyaların əhəmiyyətindən danışdılar.

Sonda tur-aksiyanın iştirakçıları onlar üçün ayrılan xüsusi avtobusla cənub bölgəsinə yola düşdülər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi