Kitabxanada bir gün
Mütaliə mədəniyyətinin və bilik dairəsinin genişlənməsinə səy göstərən məktəb kitabxanası şagirdlərlə hər zaman sıx təmasdadır.
16 noyabr 2017 – ci il, “Kitabxanada bir gün” adlı “Beynəlxalq Məktəb Kitabxanalar Günü” tədbiri keçirildi. Həmin gün IV sinif şagirdləri öz asudə vaxtlarını kitabxanada keçirdilər. Şagirdlərə kitabxanadan istifadə qaydalarını, o cümlədən kitabxanaların tarixi haqqında geniş məlumat verildi.
Sonda oxuculara “Dünyanın ən gözəl kitabxanaları”nı əks etdirən təqdimat nümayiş etdirildi.
Məqsədimiz məktəblilərə mütaliə etməyin nə qədər faydalı olduğunu və düzgün mütaliə vərdişini aşılamaqdır.