Molla Pənah Vaqif - 300 ildən boylanarkən

Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında BŞTİ – nin tədbirlər planına və məktəbin 22 may 2017 – ci il tarixli 72№ - li əmrinə əsasən tədbirlər planı hazırlanmışdır. Tədbirlər planı çərçivəsində açıq dərslər, sinif təşkilat saatları, bədii qiraət gecələri keçirilmiş, divar qəzetləri hazırlanmışdır. Keçirilmiş silsilə tədbirlərin yekunu olaraq 15 noyabr 2017 – ci il tarixində  “Molla Pənah Vaqif - 300 ildən boylanarkən” adlı ədəbi – bədii kompozisiya keçirildi. Şagirdlər Molla Pənah Vaqifin məşhur qoşma, qəzəl, müxəmməs janrında yazdığı şeirlər, şeirlərə bəstələnmiş mahnılar səsləndirdilər. Bir neçə kompozisiyalar isə şagirdlər tərəfindən rus dilində təqdim edildi. İstedadlı şagirdlərin “Qacarla Vaqifin deyişməsi”, “Vaqiflə Xuramanın qarşılaşması”, “Vaqiflə Vidadinin deyişməsi” səhnələri maraqla qarşılandı. Vaqifin həm şair həm də dövlət xadimi kimi fəaliyyətindən bəhs edən videogörüntülər nümayiş olundu. Şagirdlərin təqdimatı tədbir iştirakçıları tərəfindən maraqla dinlənildi.

Tədbir Azərbaycan poeziyasında xüsusi xidmətləri olan şairin, Qarabağ xanlığının baş vəziri işlədiyi dövrdə layiqli dövlət xadiminin növbəti yubileyinin Ali Baş Komandanın rəhbərliyi ilə Şuşada qeyd olunacağı inamı ilə "Koroğlu" uvertürasının  sədaları altında yekunlaşdı.


http://baku.edu.gov.az/az/page/234/2301

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi