Riyaziyyat dərslərinin dinlənilməsi davam edir

Məktəbin 30 oktyabr 2017 – ci il tarixli 179№ - li “Riyaziyyat fənninin tədrisi vəziyyətinin öyrənilməsi” haqqında əmrini və fəaliyyət planının 1.1.13 bəndinin icra məqsədi ilə noyabr ayından fənn aylıqlarının keçirilməsinə start verilmişdir. Noyabr ayından başlayaraq riyaziyyat fənni üzrə şagirdlərin bilik, bacarıq və vərdişlərə yiyələnmə imkanlarının artırılması, əməkdaşlıq bacarıqlarının formalaşdırılması məqsədilə dərsdinləmələr davam edir. 

14 noyabr 2017 – ci il tarixində məktəbin 6c sinfində fənn müəllimi Rəna Nağıyevanın “Düz mütənasib kəmiyyətlər. Mütənasiblik əmsalı” mövzusunda, 10a sinfində (texniki təmayüllü)  fənn müəllimi Vəsilə Şirinovanın “Düz xəttin müstəviyə perpendikulyarlığı. Düz xətt və müstəvi arasındakı bucaq” mövzusunda, 5c sinfində fənn müəllimi Elmira Hüseynovanın “Əməllər sırası” mövzusunda dərsləri dinlənildi.

Dinlənilən dərslərdə şagirdlər yüksək təlim göstəriciləri nümayiş etdirdilər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi