Riyaziyyat dərsləri dinlənilir
Məktəbin 30 oktyabr 2017 – ci il tarixli 179№ - li “Riyaziyyat fənninin tədrisi vəziyyətinin öyrənilməsi” haqqında əmrini və fəaliyyət planının 1.1.13 bəndinin icra məqsədi ilə noyabr ayından fənn aylıqlarının keçirilməsinə start verilmişdir. Noyabr ayından başlayaraq riyaziyyat fənni üzrə şagirdlərin bilik, bacarıq və vərdişlərə yiyələnmə imkanlarının artırılması, əməkdaşlıq bacarıqlarının formalaşdırılması məqsədilə dərsdinləmələr keçirilir. 13 noyabr 2017 – ci il tarixində Zülfiyyə Əliyevanın 6d sinfində (rus bölməsi) “Tənasüb”, Sevinc Məmmədovanın 8d sinfində (rus bölməsi) “İrrasional ədədlər”, Nigar Süleymanovanın 10 b riyaziyyat - iqtisadiyyat təmayül sinfində “Streometriya aksiomları”, Arzu Xəlilovanın 9c sinfində “Kvadrat funksiyasının ümumi şəklinə aid çalışmalar həlli” mövzusund nümunə dərslər dinlənildi.
Müəllimlər elektron lövhədən, İKT vasitələrindən istifadə edərək, BİBÖ, klaster, beyin həmləsi, müzakirə iş üsulları vasitəsilə qrup, cüt, fərdi və kollektiv iş formasını tətbiq etdilər. Məktəb rəhbərliyinin, fənn müəllimlərinin iştirakı ilə keçirilmiş dərslər təhlil olundu və müəyyən tövsiyələr verildi.