Gözəlliyi tərənnüm edən şair

XVIII əsr Azərbaycan şairi, dövrünün siyasi və ictimai xadimi Molla Pənah Vaqifin 300 illiyinin keçirilməsinə aid tədbirlər planına müvafiq olaraq 10 noyabr 2017 – ci il tarixində məktəbin kitabxanasında Vaqif yaradıcılığına həsr edilmiş “Gözəlliyi tərənnüm edən şair” mövzusunda tədbir keçirildi. Şagirdlər sazın müşayiəti ilə şairin gözəlliyi tərənnüm edən qəzəllərindən, qoşma və müxəmməslərindən nümunələr təqdim etməklə yanaşı, Səməd Vurğunun “Vaqif” dramından da səhnəciklər göstərdilər. Məqsədimiz ədəbi dilimizin zənginləşməsində böyük şairin misilsiz xidmətlərini və şagirdlərin mütaliə marağının artırılmasını aşılamaqdır. Azərbaycan poezisiyasının sonrakı inkişafında xüsusi xidməti olan Molla Pənah Vaqifin 300 illiyinə həsr edilmiş tədbirlər davam edir.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi