Konstitusiya günü qeyd edildi

Məktəbin fəaliyyət planına müvafiq olaraq 10 noyabr 2017 – ci il tarixində Azərbaycan Respublikasının əsas qanununun – Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsinə həsr edilmiş dəyirmi masa keçirildi. Məktəbin tarix müəllimləri Azərbaycan dövlətinin 1- ci Konstitusiyadan (19 may 1921 – ci il) tutmuş, müasir Azərbaycan Respublikasının öz müstəqilliyini bərpa etdikdən sonra yeni Konstitusiya ehtiyac olduğundan, bugünkü günə qədər keçdiyi tarixi yoldan, maddələrdən və referendumlardan danışdılar. Şagirdlər hazırladıqları çıxışlarda 1918 – 20 – ci illərdə 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlətin əsas qanununun qəbul edilməməsindən, SSRİ – nin tərkibində olduğu müddətdəki qəbul edilmiş Konstitusiyalardan və müstəqilliyimiz dövründə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılmış xüsusi komissiyanın Konstitusiya layihəsinin ümumxalq müzakirəsinə verilməsindən və qəbul olunmuş 12 noyabr 1915 – ci il Müstəqil Azərbaycanın ilk Konstitusiyasından, bu müddət ərzində keçirilən referendumlardan danışdılar. Məktəbin direktoru Tünzalə Zeynalova tədbirin təşkilatçılarına təşəkkür edərək şagirdlərə dövlətin Əsas Qanunu – Konstitusiyanın bölmə, fəsil və maddələrini dərindən öyrənməyi tövsiyə etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi