“Azərbaycan bayrağı - Azərbaycan müstəqilliyinin rəmzidir" mövzusunda dəyirmi masa

08 noyabr 2017 – ci il tarixində məktəbdə “9 noyabr Dövlət Bayraq Günü” münasibətilə dəyirmi masa keçirildi. Məktəbin tarix müəllimi Cəfərova Təranə Azərbaycanın Milli Bayrağının keçdiyi tarixi yoldan, müstəqilliyimizi təcəssüm etdirən dövlət rəmzlərindən biri olduğundan, hər bir Azərbaycan vətəndaşının milli bayrağımıza olan hörmət və ehtiramının bir müqəddəs borcu olduğundan geniş məruzə etdi. Daha sonra şagirdlər Azərbaycanın dövlət rəmzləri haqqında maraqlı məlumatlar, şeirlər və kompozisiyalar təqdim etdilər. Tədbir boyu videoroliklər nümayiş etdirildi. Sonda məktəbin direktoru Ulu Öndər, Azərbaycan müstəqilliyinin banisi Heydər Əliyevin təşəbbüsü ilə milli bayrağımızın 1990 – cı ilin noyabr ayında Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı kimi təsdiq edilməsi və dövlət rəmzlərinə hörmət və ehtiramı təmin etmək məqsədilə ölkə başçısı İlham Əliyev cənablarının 2009 – cu il noyabrın 17 – də “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” sərəncamından danışdı. Şagirdlərə dövlət rəmzləri ilə bağlı bilgilərini artırmağı tövsiyə etdi.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi