"Uşaq hüquqları" aylığı

Ənənəvi olaraq Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin təşəbbüsü ilə Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının qorunması vəziyyətinin daha da yaxşılaşdırılması məqsədilə 20 oktyabr – 20 noyabr tarixlərində ölkədə “Uşaq hüquqları aylığı “ elan edilmişdi. Məktəbdə aylıq çərçivəsində keçirilmiş tədbirlərin davamı olaraq 07 noyabr 2017 – ci il tarixində 5 – ci sinif şagirdlərinin Həyat bilgisi dərsində “Mənim hüquqlarım” adlı dərsləri dinlənildi. Dərs zamanı sagirdlər Uşaq Hüquqları Konvensiyası haqda geniş məlumat aldılar. 20 noyabr 1989 – cu ildə BMT – nin Baş Assambleyası tərəfindən qəbul edilmiş konvensiyanın müxtəlif maddələri şagirdlərə izah edildi. Uşaqlar özlərinin iqtisadi, sosial, mədəni və hətta siyasi hüquqlarını bir daha öyrəndilər. Müxtəlif videoçarxlar və slaydlar izlənildi. Dərslər maraqlı müzakirələr və təqdimatlarla başa çatdırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi