Gənc kadrlara təcrübəli müəllimlərin təhkim edilməsi

2017 – 2018 – ci tədris ilində məktəbin rus bölməsinin ibtidai siniflərinə MİQ – dən uğurla keçərək iki nəfər müəllim işə qəbul edilmişdir (Əşrəfova Günay Sərxan qızı 2e, Şirəliyeva İlhamə Hafiz qızı 4d). Hər iki müəllimə daha təcrübəli sinif müəllimləri - Əliyeva Rəfiqə, Həmzəyeva İradə təhkim olunmuşdur. 07 noyabr 2017 – ci il tarixində direktor müavini Musayeva Sevinc , sinif müəllimləri Əliyeva Rəfiqə, Həmzəyeva İradə gənc müəllimlərin dərslərini dinlədilər. Dərslərdən sonra müzakirələr aparıldı. Metodiki göstərişlər verildi. Səriştəli təhsil verənlərin formalaşması istiqamətində təcrübə mübadiləsinin mütəmadi aparılacağı vurğulandı. Hər iki müəllimə uğurlar diləyirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi