Bülbül – milli musiqimizdə

Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarovun “Bülbülün 120 illik yubileyi”nin keçirilməsi haqqında 02.08.2017 – ci il tarixli 235№ - li əmri və məktəbin fəaliyyət planının 1.3.16 bəndini icra etmək məqsədi ilə 06 noyabr 2017 – ci il tarixində Azərbaycanın opera müğənnisi, musiqi folkloru tədqiqatçısı, Azərbaycan professional vokal sənətinin banisi Bülbülün 120 illik yubileyinə həsr edilmiş növbəti tədbir - dəyirmi masa keçirildi. Məktəbin musiqi müəllimi Qövsi Aygün Bülbülün keçdiyi tarixi yol haqqında geniş məlumat verdi. Şagirdlər Bülbülün həyat və yaradıcılığından, Azərbaycan musiqi mədəniyyətinə verdiyi dəyərli töhfələrdən, əvəzsiz xidmətlərindən söhbət açmaqla yanaşı onun mahnılarından ibarət parçalar da ifa etdilər və tanınmış ictimai xadimə aid fotostendlər, bülletenlər nümayiş etdirdilər. Tədbir boyu Bülbülün oynadığı – Koroğlu, Arşın mal alan, Xosrov və Şirin, Nizami və s. partiyarlardan nümunə olaraq videoroliklər nümayiş edildi. Sonda məktəbin direktoru SSRİ xalq artisti , Stalin mükafatı laureatı, ictimai xadim, professor Bülbülün milli musiqimizdə xüsusi xidmətlərindən danışdı və şagirdlərə milli mənəvi dəyərlərimizi dərindən öyrənməyi tövsiyə etdi.


http://baku.edu.gov.az/az/page/234/2600

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi