IX sinif şagirdlərinin valideynləri ilə görüş

Məktəbin fəaliyyət planının 1.4.7. bəndini (Buraxılış siniflərin valideynləri ilə işin təşkili) yerinə yetirmək məqsədi ilə 03 noyabr 2017 – ci il tarixində IX sinif şagirdlərinin valideynləri, fənn müəllimləri və sinif rəhbərlərinin iştirakı ilə iclas keçirildi. İclasda məruzə edən məktəbin direktoru Tünzalə Zeynalova ümumi orta təhsil kursu üzrə keçiriləcək buraxılış imtahanlarından, IX sinif şagirdləri ilə aparılmış diaqnostik yazının nəticələrindən və qarşıda duran məsələlərdən danışdı. Eyni zamanda IX sinif şagirdləri üçün imtahan fənlərindən məktəbdə yaradılmış məşğələlərin saatlarının qrafiki haqqında məlumat verildi. Məktəbin Azərbaycan dili müəllimləri, DİM ilə əməkdaşlıq edən Elnarə Abbasova və Elmira Allahverdiyeva çıxış edərək açıq və qapalı tipli sualların mahiyyətindən danışdılar. İclasın sonunda valideynləri maraqlandıran suallar cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi