Məktəb seminarında qoyulan məsələlərin pedaqoji kollektivə çatdırıldı

Binəqədi Rayonu üzrə keçirilən "Məktəb seminarları"nda iştirak edən direktor, direktor müavinləri, təşkilatçı, hərbi rəhbər, kitabxanaçı, UBR və metodbirləşmə rəhbərləri müzakirə olunan məsələləri kollektivin nəzərinə çatdırmaq və qarşıda duran vəzifələri müəyyənləşdirmək məqsədilə 27 oktyabr 2017 - ci il tarixində iclas keçirdi. Məktəbin direktoru Tünzalə Zeynalova "Təhsildə keyfiyyət ili" elan olunmasının məqsəd və vəzifələrindən, eyni zamanda tədris ili ərzində qarşıda duran vəzifələrdən, məktəbdə təlim tərbiyə prosesinin təşkili, ümumi təhsilin keyfiyyətinə birbaşa təsir göstərən metodiki işin düzgün qurulmasının əhəmiyyətindən bəhs etdi. Təlim - tərbiyə işləri üzrə direktor müavinləri məktəb seminarlarında müzakirə olunan məsələlərlə bağlı irəli sürülən tələbləri kollektivə çatdıraraq, bundan sonra da məsuliyyətlə çalışmaq lazım olduğunu qeyd etdilər. Sonda müəllimləri maraqlandıran suallar cavablandırıldı.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi