VIII siniflərdə sınaq qiymətləndirmə aparıldı
26 oktyabr 2017 – ci i l tarixində məktəbin VIII sinif şagirdlərinin Azərbaycan dili və riyaziyyat fənləri üzrə sınaq qiymətləndirilməsi aparıldı. Məqsəd şagirdlərin ana dili və riyaziyyat fənləri üzrə bilik, bacarıq və vərdişlərə yiyələnmə səviyyəsinin öyrənilməsi, təlim keyfiyyətinin müəyyənləşdirilməsi idi. Şagirdlər hər iki fənn üzrə test suallarını müəyyən vaxt ərzində cavablandırdılar. Şagirdlərin sərbəst işi təmin edildi.