Binəqədi Rayon Gənclər və İdman İdarəsi qalib komanda ilə görüş keçirdi

23 oktyabr 2017-ci il tarixdə “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Xəzər İntellektual Gənclər Klubunun birgə təşkilatçılığı ilə 18 Oktyabr - “Dövlət Müstəqilliyi günü”nə həsr olunmuş Bakı şəhəri üzrə orta ümumtəhsil müəssisələrinin şagirdləri arasında keçirilən “Breyn-ring” intellektual oyununda I yerə layiq görülmüş 283 №-li tam orta məktəbin müəllim və şagirdləri ilə səmimi görüş keçirilmişdir. Qalibləri təbrik edən Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov, Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Elnur Məmmədov ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətindən, gənclərə olan qayğıdan söhbət açaraq onları xatirə hədiyyələri ilə mükafatlandırdılar.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi