Pedaqoji mühazirələrin keçirilmə qaydaları

14 oktyabr 2017 – ci il tarixində məktəb rəhbərliyi məktəbin bir qrup müəllimləri ilə “Təhsildə keyfiyyət ili” çərçivəsində təşkil ediləcək pedaqoji mühazirələrin keçirilmə qaydaları ilə bağlı istiqamətverici iclas keçirdi. İclasda pedaqoji mühazirələrin keçirilməsinin əsas məqsədləri, ümumi təhsilin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması ilə bağlı aktual məsələlərə diqqətin artırılması, müəllimlərin fikir və mülahizələrini öyrənmək, yaradıcı müəllim və məktəb rəhbərini aşkara çıxarmaq, perspektiv üçün inkişafyönlü təkliflər hazırlamaq və s. müzakirə edildi. İclas iştirakçılarına mövzuların nümunələri təqdim edildi. Müəllimləri maraqlandıran suallar cavablandırıldı. Bütün pedaqoji kollektivin üzvlərinə bu istiqamətdə uğurlar diləyirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi