IV sinif şagirdlərinin bilik səviyyəsinin müəyyənləşdirilməsi
Fəaliyyət planının 1.1.28 bəndinə əsasən 16 oktyabr 2017 – ci il tarixində IV siniflərdə(4 Azərbaycan, 1 rus bölməsi) məktəb rəhbərliyinin iştirakı ilə Azərbaycan dili və riyaziyyat fənlərindən şagirdlərin bilik səviyyəsinin müəyyənləşdirilməsi istiqamətində yoxlama yazı aparıldı. Şagirdlər hər fənn üzrə 15 sual olmaqla 4 variantda tərtib olunmuş test tapşırıqlarını yerinə yetirdilər. Şagirdlərin sərbəst işi təmin edildi.