IX sinifdə riyaziyyat və Azərbaycan dili fənlərini tədris edən müəllimlərlə iclas keçirildi

Məktəbin fəaliyyət planının 1.1.11 bəndinə əsasən 16.10 2017-ci il tarixində IX siniflərdə riyaziyyat və Azərbaycan dili fənnini tədris edən müəllimlər və sinif rəhbərləri ilə məktəb rəhbərliyinin iclası keçirildi. Keçən tədris ilinin buraxılış imtahanlarında məktəbin IX sinif şagirdlərinin göstərdiyi nəticələr təhlil olundu, IX-sinif şagirdlərinin yazı vərdişlərinin formalaşdırılması, təlim keyfiyyətinin yüksəldilməsi ilə bağlı qarşıda duran vəzifələr haqqında danışıldı. Cari tədris ilində IX-sinif şagirdlərinin təlim keyfiyyətini və buraxılış imtahanı nəticələrini yüksəltmək üçün fənn müəllimləri əlavə məşğələlər keçmək və vaxtaşırı test yoxlamaları keçirərək şagirdlərin irəliləyiş göstəricilərini müəyyənləşdirmək məqsədilə tərtib etdikləri fəaliyyət planlarını təqdim etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi