Fiziki tərbiyə dərsləri dinlənildi

Bu gün məktəbin qarşısında duran mühüm vəzifələrdən biri də cəmiyyət üçün fiziki cəhətdən sağlam, dözümlü, çevik gənclərin yetişdirilməsidir. Bu baxımdan məktəbdə fiziki tərbiyə dərslərinin mühüm rolu vardır. Məktəbimizdə fiziki tərbiyə dərslərinin keçirilməsi keyfiyyətini öyrənmək məqdəsilə 19 oktyabr 2017 – ci il tarixində dərsdinləmələr keçirilir. Fiziki tərbiyə müəllimlərindən Məlahət Eyvazova, İlham Təhməzovun 7c sinfində, Yadigar Paşayev, Dilrubə Əmirovanın 5a sinfində, Nailə Məmmədova, Rəşad Səfərovun 9b sinfində keçirilən “Hərəkət surətinin təkmilləşdirilməsi” mövzusunda dərsləri dinlənildi. Dinlənilmiş dərslərdə fənn müəllimləri uşaqlara idmanın sağlamlığın möhkəmləndirilməsində rolu, hərəki qabiliyyətlərin əhəmiyyəti haqqında məlumat verdilər. Şagirdlər sıra hərəkətlərini irəliləmələr: yeriş, qaçış, hoppanma hərəkətlərini icra etdilər. Komandalar arasında müxtəlif estafet yarışları keçirildi. Şagirdlərə tənəffüs və bədənin bərpaedici hərəkətləri verildi. Məktəb rəhbərliyi fənn müəllimləri ilə birlikdə keçirilmiş dərsləri təhlil edib, öz tövsiyələrini verdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi