“Mənim müstəqil Azərbaycanım “ mövzusunda konfrans keçirildi

18 oktyabr 2017 – ci il tarixində Müstəqillik gününə həsr olunmuş” Mənim müstəqil Azərbaycanım” mövzusunda konfrans keçirildi. Konfransda məktəb rəhbərliyi, müəllim və şagirdlər iştirak etdilər. Konfranda məruzə edən məktəbin tarix müəllimi Sima Camalova dövlət müstəqilliyinin əldə olunması, qorunub saxlanması uğrunda gedən mübarizələrdən bəhs etdi. Dövlət müstəqilliyimizin memarı və qurucusu olan Ümummilli liderimiz Heydər Əliyevin misilsiz xidmətlərindən danışdı. Daha sonra məktəbin şagirdləri, müstəqillik mövzusunda məruzələr etdilər, bu mövzuda mahnılar və şeirlər səsləndirdilər. Tədbir boyu 18 oktyabr Milli Müstəqillik Gününə həsr olunmuş videoçarxlar nümayiş edildi. Tədbirin sonunda məktəbin direktoru Tünzalə Zeynalova bugünün xalqımız və dövlətimiz üçün vacibliyindən söhbət açdı, müstəqilliyimizin əbədi olması üçün hər kəsin Ali Baş Komandan İlham Əliyev Cənablarının ətrafında sıx birləşməsinə və öz sahəsində vətənə xidmət göstərməsini gənc nəslə tövsiyə etdi. Tədbir Zəfər marşının sədaları altında sona yetdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi