Məktəbin şagirdləri “Qiraətçi” verilişində
Son vaxtlar təhsilimizdə qiraətə, mütaliəyə xüsusi diqqət yetirilir. Təhsil Naziri Mikayıl Cabbarov bu barədə xüsusi sərəncam da imzalamışdır. Bu baxımdan Təhsil TV - nin layihəsi əsasında ARB Günəş TV kanalında yayımlanan “Qiraətçi” verilişi çox diqqətəlayiqdir. 09 oktyabr 2017 – ci il tarixində məktəbin bir qrup şagirdləri bu verilişin qonağı olmuşdular. Verilişin əsas məqsədi şagirdləri mütaliəyə cəlb etməkdir. Verilişin aparıcısı Gülnarə xanım şagirdləri və tamaşaçıları salamladıqdan sonra sözü məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Həlimə Mahmudovaya vermişdir. Həlimə Mahmudova mütaliənin şagirdlərin dönyagörüşünün formalaşmasında, söz ehtiyatının zənginləşməsindəki rolundan və məktəbdə bu sahədə görülən işlərdən danışdı. Sonra Azərbaycanın görkəmli dramaturqu İlyas Əfəndiyevin “Xurşudbanu Natəvan” pyesinin müzakirəsi şagirdlərin ixtiyarına verildi. Bu müzakirələrdə əsərin mövzusu, ideyası, hadisələrin gedişatı ətraflı şəkildə tamaşaçılara çatdırıldı. Müzakirələrdə VIII sinif şagirdləri: Mətanət Ağazadə, Fatimə Məmmədsadıqova, Aysel Qulamzadə və s. şagirdlər fəallıq göstərdilər. Sonda isə məktəbin VIII sinif şagirdləri pyesdən kiçik bir səhnəciyi nümayiş etdirdilər.