İnformasiya texnologiyaları öncə və indi

06 oktyabr 2017 – ci il tarixində IV siniflərdə keçirilmiş “İnformasiya texnologiyaları” mövzusu şagirdlər tərəfindən xüsusui maraqla qarşılandı. Şagirdlər kiçik qruplara bölünərək onlara tapşırılmış “İnformasiya texnologiyaları nə üçün lazımdır?”, “İnformasiya texnologiyaları öncə və indi” sualları ətrafında müqayisəli müzakirələr apardılar. Qrup işlərinin təqdimatı zamanı “İnformasiya texnologiyaları öncə və indi” hissəsi digər qruplar tərəfindən xüsusi maraqla qarşılandı. Müəllim və şagirdlər birgə ümumiləşdirmə apararaq belə nəticəyə gəldilər ki, insanlar öz işini asanlaşdırmaq üçün tarix boyu müxtəlif texnikalar yaratmışlar. İnsanlar daim informasiya ilə işləmişlər. Cəmiyyət inkişaf etdikcə informasiyanın qəbul edilməsi və ötürülməsi üçün yeni-yeni üsul və vasitələr yaratmışlar. İnformasiya texnologiyaları daim inkişaf etmiş və təkmilləşmişdir. İnformasiya texnologiyasının inkişaf səviyyəsi cəmiyyətin inkişafını göstərir. Yaradıcı tətbiqetmə bölümündə şagirdlər informasiya texnologiyalarının keçmişdə və indi informasiyanın qəbul edilməsi, saxlanılması, ötürülməsi, email kimi prosesləri cəvdəlin müvafiq xanalarında işlədilər. Müəllim şagirdləri qrup işlərinə görə meyarlar üzrə, fərdi cavablarına görə isə səviyyələr üzrə qiymətləndirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi