Yeni Azərbaycan Partiyası – milli – mənəvi dəyərlərimizin daşıyıcısı kimi

03 oktyabr 2017 – ci il tarixində məktəbdə Yeni Azərbaycan Partiyasının 25 – ci ildönümü ərəfəsində “Yeni Azərbaycan Partiyası – milli – mənəvi dəyərlərimizin daşıyıcısı kimi” mövzusunda elmi konfrans keçirildi. Konfransda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini, YAP Binəqədi rayon Təşkilatının sədr müavini, filologiya üzrə fəlsəfə doktoru, professor  Hüseyn Əsgərov, YAP Binəqədi rayon Təşkilatının sədri Ramiz Göyüşov, məktəbin direktoru, YAP Binəqədi rayon Təşkilatının sədr müavini Tünzalə Zeynalova, Binəqədi rayonu Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov, YAP Binəqədi rayon Təşkilatının aparat rəhbəri Sevinc Abdullayeva, Gənclər Birliyinin sədrinin səlahiyyətlərini icra edən Fəsli Nəbiyev, partiyanın fəalları, məktəbin 2017 – ci il məzunu, Respublikasının Prezidenti Yanında İdarəçilik Akademiyasının tələbəsi Prezident təqaüdçüsü Aytac Məmmədova, müəllimlər, valideynlər və şagirdlər iştirak etdilər. Konfransda çıxış edən qonaqlar YAP – ın ötən dövr ərzində keçdiyi böyük inkişaf yolunu, ölkənin ictimai – siyasi prosesində fəal iştirakını, xalqımızın həyatını kökündən dəyişməklə yanaşı, Azərbaycanın həyatında yeni mərhələnin əsasının qoyulmasını, çətin və şərəfli mübarizə tarixini, yenilməz siyasi quruma çevrilməsini, partiyaların sıralarında ziyalıların, gənclərin, qadınların əksəriyyət təşkil etməsini böyük qürur və fərəh hissi ilə vurğuladılar. Bədii hissədə məktəblilərin hazırladığı kompozisiyalar konfrans iştirakçıları tərəfindən maraqla qarşılandı. Konfransın sonunda YAP sıralarında qəbul edilən 21 nəfər məktəbin müəlliminə partiyanın vəsiqələri təqdim edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi