SPEX layihəsi davam edir
Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə Böyük Britaniya Səfirliyinin təşkilatçılığı ilə 2017 – ci ilin yanvar ayından start verilmiş SPEX layihəsi bu tədris ilində də davam etdirilir. İngilis dili müəllimlərinin danışıq vərdişlərinin təkmilləşdirilməsinə yönəldilmiş təlimlərə artıq start verilmişdir. Təlimlər həftədə iki dəfə olmaqla metodika və danışıq üzrə aparılacaq. Metodika təlimləri "Knowing the subject Understanding learners Planing lessons and courses" istiqamətlərində aparılır. Danışıq təlimləri isə "Speaking, listening, writing, reading" istiqamətlərində aparılır.