Təmayül siniflərin valideynləri ilə görüş keçirildi

23 sentyabr 2017 – ci il tarixində məktəbin təmayül siniflərində təhsil alan şagirdlərin valideynləri ilə görüş keçirildi. Məktəbin direktoru Tünzalə Zeynalova valideynlərə təmayül siniflərin texniki və riyaziyyat iqtisadiyyat sahələri üzrə təşkil olunması və həmin siniflərdə məktəbin ən nüfuzlu və savadlı müəllimlərinin dərs deyəcəyi barədə ətraflı məlumat verdi. Təmayül siniflərdə dərs deyən müəllimlər valideynlərə dərs proqramları haqqında məlumat verərək, şagirdlərdən yüksək keyfiyyət göstəricilərinin əldə olunması üçün səylə çalışacaqlarını vəd etdilər. Təlim - tərbiyə işləri üzrə direktor müavini Svetlana Kərimova valideynlərin nəzərinə çatdırdı ki, şagirdlərin ilkin bilik və bacarıqlarının müəyyənləşdirilməsi məqsədilə diaqnostik qiymətləndirmə keçiriləcək. Görüşdə valideynləri maraqlandıran suallar cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi