21 Sentyabr Beynəlxalq Sülh Günüdür

Məktəbin müəllim və şagird heyəti Beynəlxalq Sülh Günü ilə əlaqədar elan olunmuş “Sülh aylığı” çərçivəsində rəngarəng tədbirlər planı həyata keçirmişdir. Şagirdlər arasında “Biz sülh istəyirik” mövzusunda inşa yazı müsabiqəsi keçirildi. Ən dolğun və məzmunlu yazı yazmış şagirdlər qalib elan olundu. Məktəbin fiziki tərbiyə müəllimlərinin rəhbərliyi ilə “Sülh aylığı”na həsr olunmuş idman yarışları keçirilmişdir. İbtidai sinif şagirdləri öz sülh arzularını əzbərlədikləri şeirlər, oxuduqları sülh məzmunlu mahnılarla ifadə etdilər. “Sülh aylığı” çərçivəsində keçirilmiş tədbirin yekununda istedadlı şagirdlər tərəfindən sulu boyadan istifadə etməklə kağız üzərində sülh təsvir olundu. Yaradıcı və bacarıqlı əllərə sahib olan şagirdlər kağızdan düzəltdikləri sülh simvolu olan ağ göyərçinləri nümayiş etdirdilər. Rəngli təbaşirlə asfalt üzərində çəkdikləri rəsmlərlə şagirdlər sülh arzularını, istəklərini ifadə etdilər, səmaya göyərçin və mavi şarlar uçurdular. Sülhün qorunması, insanların əmin – amanlıqla yaşaması, amansız müharibələrin, hər cür zorakılığın dayandırılması arzusu tarix boyu bəşəriyyətin amalı olmuşdur. Qoy ölkəmizdə daima sülh bərqərar olsun.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi