Oxuma – anlama bacarığına aid nümunə dərs

4a sinfində Azərbaycan dili yazı dərsində müəllim şagirdlərə fərdi iş üsulundan istifadə edərək tapşırıqlar verdi. Tapşırıq “Azərbaycan dili” dərsliyində olan “Futbol topu” mətni ilə bağlı idi. İki hissədən ibarət olan bu mətnin I hissəsi şagirdlər tərəfindən oxunuldu. Sonra onların öz seçimlərini nəzərə alaraq, “Futbol topu” hekayəsinin sonluğunu və ya baş qəhrəmanına məktub yazmaları tapşırıldı. Şagirdlər işə çox həvəslə qoşuldular. İşgüzar qrup işi başa çatdıqdan sonra bir neçə şagirdin yazısı oxunub müzakirə olundu. Müzakirə zamanı məlum oldu ki, şagirdlər hekayənin sonluğunu öz təəssüratlarına uyğun tamamlamış və baş qəhrəmana xas olan müsbət xarakteri məntiqi ifadələrlə çox gözəl açıqlamışdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi