Təmayül siniflərdə riyaziyyat dərsləri dinlənildi

2017 – 2018 – ci tədris ilində məktəbdə X siniflər üzrə texniki və riyaziyyat – iqtisadiyyat təmayüllü siniflər təşkil olunmuşdur. Təmayül siniflərdə riyaziyyat fənninin tədrisi vəziyyətini öyrənmək məqsədilə məktəb rəhbərliyi 19 sentyabr tarixində dərsdinləmələr keçirdi. Hər iki sinif müəllimi eyni mövzunu “Funksiya və onun verilmə üsulları”nı tədris edirdi. Şagirdlərə tədqiqat sualı olaraq “İki kəmiyyət arasındakı asılılığın funksiya olub – olmadığını, onları ifadə edən nizamlı cütlərə - nöqtələr çoxluğunun koordinatlarına görə və ya verilən qrafik təsvirə görə müəyyən etmək” tapşırığı verildi. Cütlərlə iş, qruplarla iş formasından istifadə etməklə tədqiqat sualı araşdırıldı və məlumatın müzakirəsi, mübadiləsi aparıldı. Dinlənilmiş dərslər məktəb rəhbərliyi tərəfindən müzakirə olundu və müəyyən tövsiyələr verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi