Bilik günü keçirildi

15 sentyabr 2017 – ci il tarixində ənənəvi "Bilik günü" tədbiri keçirildi. Tədbirdə Binəqədi Rayonu İcra Hakimiyyətinin birinci müavini İlqar Süleymanov iştirak etdi. Tədbir “Koroğlu” üvertürasının sədaları altında Dövlət bayrağının gətirilməsi ilə başlandı. Məktəbin direktoru Tünzalə Zeynalova tədbir iştirakçılarını salamlayaraq Bilik günü münasibətilə təbrik etdi. İlk dərs saatının vətənpərvərlik – “Cocuq Mərcanlı – tarixi qayıdışın başlanğıcıdır” mövzusunda olacağını qeyd etdi. Binəqədi Rayonunun İcra Hakimiyyətinin birinci müavini İlqar Süleymanov məktəbin kollektivinə xoş arzularını bildirdi və məktəbin Prezident təqaüdünə layiq görülmüş məzunu Məmmədova Aytac Mehman qızını təbrik etdi, təhsildə uğurlarının davamlı olmasını arzuladı. Birincilər tədbir iştirakçıları qarşısında maraqlı proqramla çıxış etdi. Tədbirin sonunda şagirdlər and içdi, "Şagird sözü" verdi. İlk zəng sədaları altında şagirdlər sinif otaqlarına daxil oldular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi