Məktəbəhazırlıq qruplarında işin təşkili
2017 – 2018 – ci tədris ilində məktəbin məktəbəhazırlıq qruplarında dərs deyəcək müəllimlər: Rəfiqə Əliyeva, Aidə Kərimova, Rəfiqə Zeynalova, Leyli Mustafayeva 07 sentyabr 2017 – ci il tarixindən 13 sentyabr 2017 – ci il tarixinədək TPİİ – nin təşkil etdiyi “Məktəbəhazırlıq qruplarında işin təşkili metodikası” adlı təlimə cəlb olunmuşlar. Təlimdə məqsəd 5 – 6 yaşlı uşaqların təlimə cəlb olunması yolları, onlarda psixoloji – sosioloji xüsusiyyətlərin öyrənilməsi, nəzərdə tutulan məşğələlərin məqsəd və vəzifələri, uşaqlara öyrədilən bilik və bacarıqların tətbiqi yolları olmuşdur.