Pedaqoji  şura iclası keçirildi

14 sentyabr 2017 – ci il tarixində 2017 - 2018 - ci tədris ilinin 1№ - li Pedaqoji şura iclası keçirildi. Gündəlik məsələ ilə tanışlıqdan sonra məktəbin direktoru Tünzalə Zeynalova 2016 – 2017 – ci tədris ilində görülmüş işlər və qarşıda duran vəzifələr haqqında ətraflı məruzə etdi. Keçən tədris ilində məktəbin qazandığı uğurlar Pedaqoji şura üzvlərinin nəzərinə bir daha çatdırıldı. Məktəbin XI sinfini bitirən 42 məzundan 36 nəfərinin ali məktəbə sənəd verdiyi, bunlardan 32 nəfərinin ali məktəb tələbəsi adına layiq görüldüyü və 5 nəfər məzunumuzun isə 600 – dən artıq bal topladığı qeyd olundu. 682 bal toplamış Məmmədova Aytac Mehman qızının Prezident təqaüdünə layiq görülməsi Pedaqoji şura üzvləri tərəfindən alqışla qarşılandı. Məktəbin direktoru Tünzalə Zeynalova 2017 – 2018 – ci tədris ilinin “Tədrisdə keyfiyyət ili” elan olunması, ilk dərs gününün “Cocuq Mərcanlı - tarixi qayıdışın başlanğıcıdır” mövzusuna həsr olunması haqqında Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmr və göstərişləri barədə məlumat verdi. Pedaqoji şura üzvləri qarşısında Binəqədi Rayonu nümayəndə heyətinin Cocuq Mərcanlıya bu günlərdə etdiyi səfərin videoçarxı nümayiş etdirildi. Pedaqoji şurada təlim – tərbiyə işləri üzrə direktor müavini Svetlana Kərimova, Sevinc Musayeva yay tapşırıqlarının yerinə yetirilməsi, dərs bölgüsü, dərs cədvəli haqqında Pedaqoji şura üzvlərini məlumatlandırdılar. Məktəbə MİQ vasitəsilə qəbul olunmuş gənc müəllimlər Günay Əşrəfova, İlhamə Şirəliyeva Pedaqoji şura üzvləri qarşısında "Müəllim andı" içdilər. Pedaqoji şura üzvləri tərəfindən müzakirə olunmuş məsələlərlə bağlı qərarlar təsdiq olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi