MƏKTƏB MƏZUNUNUN AZƏRBAYCAN SƏHİYYƏSİNDƏ UĞURLU İLKİ

Davudov Məhəmməd Mirabdulla oğlu 1996 – cı ildə məktəbi fərqlənmə attestatı ilə bitirib. 1996 – cı ildə Azərbaycan Tibb Universitetinin Stomatologiya fakultəsinə daxil olmuş Universiteti əla qiymətlərlə bitirmişdir. 2010 – 2011 – ci illərdə Tehran Tibb Elmləri Universitetinin Onkoloji İnstitutunda təhsilini davam etdirmişdir. 2015 – ci ildən Beynəlxalq Üz – Çənə Cərrahiyyəsi Assosasiyasının üzvüdür. 21 elmi işin, 1 səmərələşdirici təklifin, 3 beynəlxalq nəşrin müəllifidir. Hal – hazırda Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Üz – Çənə Cərrahiyyə şöbəsinin müdiri vəzifəsində çalışır. İşlədiyi müddətdə çətin və mürəkkəb əməliyyatları uğurla yerinə yetirmiş və 2017 - ci ilin iyun ayında Azərbaycan Səhiyyəsində ilk olaraq dil transplantasiyasını uğurla həyat keçirmişdir. Məktəb kollektivi adından məzunumuzun uğuruna sevinir və bütün məzunlarımıza uğurlar arzulayırıq.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi