5 №- li Pedaqoji Şura iclası keçirildi

16 iyun 2017 – ci il tarixdə fəaliyyət planına uyğun olaraq 5 №– li Pedaqoji Şura iclası keçirildi. İclasda məktəbin illik yekun hesabatı , şagirdlərin sinifdən – sinfə keçirilməsi və buraxılış imtahanında iştirakı, eyni zamanda 2017 – 2018 – ci tədris ili üçün ilkin dərs bölgüsü , məktəbəhazırlıq uşaqlarının tədrisi vəziyyəti, SPEX layihəsinin təlimləri ilə tədrisi haqqında , məktəbdənkənar və sinifdənxaric işlərin hesabatı və məktəbin tədris – texniki təchizatı, maliyyə - təsərrüfat sahəsində görülən işlər və qarşıda duran məsələlər müzakirə edildi və məsələlər ətrafında çıxışlar dinlənildi. Pedaqoji Şura məruzə və çıxışlarla bağlı müvafiq qərarlar qəbul etdi. İclasın sonunda növbəti tədris ilindən əmək fəaliyyəti dayandırılacaq müəllimlərə məktəb rəhbərliyi tərəfindən diplom və hədiyyələr təqdim olundu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi