Son zəng tədbiri keçirildi

14 iyun 2017 – ci il tarixində 283№ - li tam orta məktəbdə “Son zəng” tədbiri keçirildi. Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin 1 – ci müavini İlqar Süleymanov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnsan Resursları Sektorunun müdiri Raman Məmmədov, TİPİİ – nin mətbuat katibi, 283№ - li tam orta məktəbin məzunu Tofiq Sadıxov, müəllimlər, valideynlər və digər qonaqlar iştirak etdi. Tədbiri giriş sözü olaraq məktəbin direktoru Tünzalə Zeynalova açdı. 2016 – 2017 – ci tədris ilində məktəbin Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən keçirilən müsabiqə və layihələrdə iştirakı, təhsildə baş verən yeniliklərdən danışdı. Daha sonra Rayon İcra Hakimiyyətinin başçısının müavini İlqar Süleymanov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnsan Resursları Sektorunun müdiri Raman Məmmədov, TİPİİ – nin mətbuat katibi Tofiq Sadıxov çıxış edərək məzunlara və kollektivə xoş arzularını bildirdilər. Şagirdlər hazırladıqları maraqlı proqramlarla qonaqlar və valideynlər qarşısında çıxış etdilər, öz doğma məktəblərinə, müəllimlərinə ürək sözlərini, təşəkkürlərini bildirdilər. Tədbirin sonunda cari tədris ili ərzində nailiyyətlər əldə etmiş məktəbin müəllim və şagirdləri diplom və hədiyyələrlə təltif edildi.


http://baku.edu.gov.az/az/page/234/2400

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi