"Tullantıdan incəsənətə" layihəsi çərçivəsində tədbirlər davam edir

“Təhsili Dəyərə Çevirək” devizi altında “Ekologiya və Sağlamlıq” istiqamətində “Ekoloji aylıqlar” layihəsi çərçivəsində "Tullantıdan incəsənətə" mövzusu ətrafında tədbirlər davam edir. Şagirdlər “Tullantılara ikinci həyat verək” devizi altında qutularda toplanmış tullantılardan hazırladıqları əl işlərini təşkil olunmuş sərgidə nümayiş etdirdilər. Sərgidə kağız materialından hazırlanmış velosiped və təyyarə, rəngli kağızlardan hazırlanmış müxtəlif gül kompozisiyaları, plastik qablardan hazırlanmış şamdan, nağıl qəhrəmanları ilə bəzədilmiş qələm qabları, balıqqulağı, qozalardan və xırda muncuqlardan hazırlanmış əl işləri, yumurta qabığından düzəldilmiş fiqurlar hər kəsin marağına səbəb olmuşdur. Mövzunu əhatə edən divar qəzetləri də sərgidə yer almışdır. Sərginin sonunda iştirakçı şagirdlər məktəb rəhbərliyi tərəfindən diplomlarla təltif edildilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi