Ekskursiyadan dəyirmi masaya

“Təhsili Dəyərə Çevirək” devizi altında “Ekologiya və Sağlamlıq” istiqamətində “Ekoloji aylıqlar” layihəsi çərçivəsində "Tullantıdan incəsənətə" mövzusu ətrafında 10 may 2017 – ci il tarixində şagirdlərimiz Qala Dövlət Tarix – Etnoqrafiya Qoruğunda “Tullantıdan sənətə” muzeyinə ekskursiya etdilər. Şagirdlərə ətraf mühiti təmiz saxlamağın vacibliyini aşılayan, planetin ekoloji sağlamlığına qayğı ilə yanaşmanı təbliğ edən, israfçılıqdan yayındıran və lazımsız saydıqları əşyaları düşünmədən zibil qutularına atmaq vərdişlərindən çəkindirmək məqsədini daşıyan muzeydə 17 ölkədən 23 incəsənət əsərləri yer almışdır. Şagirdlər bu incəsənət əsərləri ilə tanış olaraq özləri məktəbdə ayrılmış qutulardakı tullantılardan əl işləri hazırladılar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi