Tam orta təhsil səviyyəsində təmayülləşmənin tətbiqi ilə əlaqədar IX sinif şagirdlərinin valideynləri ilə maarifləndirici görüş keçirildi

7 iyun 2017 – ci il tarixində məktəb rəhbərliyinin IX sinif şagirdlərinin valideynləri ilə görüşü keçirildi. Görüşü giriş sözü ilə açan məktəb direktoru Tünzalə Zeynalova valideynləri “Tam orta təhsil səviyyəsində təmayülləşmənin tətbiqi ilə bağlı həyata keçirilmiş tədbirlər barədə” Azərbaycan Respublikası təhsil nazirinin 5 aprel 2017 - ci il tarixli 186№ - li əmrinini icrası məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin verdiyi 5 may 2017 – ci il tarixli əmri ilə tanış etdi. Təlim – tərbiyə işləri üzrə direktor müavini Kərimova Svetlana dərs ilinin əvvəlindən bu günə qədər IX siniflər üzrə keçirilmiş monitorinqlər və şagirdlərin inkişaf dinamikası haqqında məlumat verdi. Məktəbin direktoru Tünzalə Zeynalova valideynləri maraqlandıran sualları cavablandırdı və sonda 17 iyun tarixində keçiriləcək buraxılış imtahanları ilə bağlı tövsiyələrini verərək, şagirdlərə uğurlar arzuladı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi