İmzalı görüş – Özümə yolçuluq

5 iyun 2017 – ci il tarixdə şagirdlərin mütaliə vərdişlərini təkmilləşdirmək məqsədi ilə "İmzalı görüş" layihəsi çərçivəsində millət vəkili, həkim, jurnalist və yazar Qənirə Paşayeva ilə “Özümə yolçuluq” adlı görüş keçirildi.Görüşdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Ümumi təhsil sektorunun müdiri Lamiyə Şərəfxanova , Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov, Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai Siyasi və Humanitar məsələlər Şöbəsinin müdir müavini Rauf Həsənov, Binəqədi rayonu 276 № - li tam orta məktəbin direktoru Bəhram Şiriyev, 284 № - li tam orta məktəbin direktoru Nizami Novruzov, 14 № - li tam orta məktəbin direktoru Hürzad Verdizadə iştirak etdilər.Görüşdə müəllifin “Özümə yolçuluq” adlı adlı həyat fəlsəfəsi, yaradıcılıq fəaliyyəti işıqlandırıldı. Qənirə xanımın sözlərinə yazılan mahnılar, şeirlər, dəyərli fikirlər və bədii kompozisiyalar şagirdlərimiz tərəfindən təqdim olundu. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Ümumi təhsil sektorunun müdiri Lamiyə Şərəfxanova çıxış edərək millət vəkili Qənirə Paşayevaya təşəkkürünü bildirdi və şagirdlərə yazarlarla, tanınmış insanlarla, dövlət xadimləri ilə görüşlərin keçirilməsinin davamlı olmasını tövsiyə etdi. Qənirə xanım tədbir iştirakçılarına və məktəb kollektivinə dərin təşəkkürünü bildirərək çıxışına başladı. Bu tədbirin ona uşaqlıq illərini xatırlatdığını, nostalgiya yaşatdığını söylədi. Şagirdlərə bir – birindən dəyərli tövsiyələr etdi. Sonda “Səni Allaha eşq götürür” adlı imzalı kitablarını şagirdlərə təqdim etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi