Sinif təşkilat saatı keçirildi

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 10 may 2017 – ci il tarixli əmrini əsas tutaraq məktəbdə Molla Pənah Vaqifin 300 illik yubileyinə həsr olunmuş silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur. Belə tədbirlərdən biri də 2 iyun 2017 – ci il tarixdə məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Ağgül Hümbətovanın VIII sinif şagirdləri ilə keçirdiyi təşkilat saatı oldu. Sinif təşkilat saatını giriş sözü ilə açan Ağgül Hümbətova Molla Pənah Vaqifin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verdi. Şairin Azərbaycan ədəbiyyatı tarixində , eləcə də ictimai – siyasi həyatındakı mühüm xidmətlərindən danışdı. Molla Pənah Vaqif haqqında müxtəlif videoçarxlar nümayiş olundu. Şagirdlər Vaqifin şeirlərini, Vidadi ilə deyişməsini əzbər dedilər. Vaqifin həyat və yaradıcılığına həsr olunmuş əsərlərdən səhnəciklər göstərdilər. Sonda Vaqifin xatirəsinin dövlətimiz tərəfindən əbədiləşdirilməsindən, əsərlərinin nəşri tarixindən danışıldı və şagirdlərə Vaqif irsini öyrənmək, sevmək tövsiyə olundu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi