Molla Pənah Vaqif yaradıcılığına həsr olunmuş dəyirmi masa

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 10 may 2017 – ci il tarixli əmrinə əsasən Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi məqsədilə məktəbdə tədbirlər planı işlənib hazırlandı. Tədbirlər Planına əsasən şairin həyat və yaradıcılığını əks etdirən ədəbi – bədii gecələrin, açıq dərslər, sinif təşkilat saatlarının, bədii qiraət və rəsm müsabiqələrinin , şairə həsr olunmuş əsərlərin müzakirəsinin keçirilməsi nəzərdə tutulmuşdur. 2 iyun 2017 – ci il tarixdə məktəbdə Molla Pənah Vaqifin 300 illik yubileyinə həsr olunmuş dəyirmi masa keçirildi. Məktəb rəhbərliyinin, müəllimlərin və şagirdlərin iştirakı ilə keçirilən dəyirmi masada şairin həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş olundu. Şagirdlər Vaqifin qoşmalarını, qəzəl və müxəmməslərini əzbər söyləyərək şairin Azərbaycan Ədəbiyyatına gətirdiyi yeni ruh, nikbin əhval – ruhiyyə , real lövhələrin təsviri haqqında ətraflı məlumat verdilər. Səməd Vurğunun “Vaqif” dramından “Qacarla Vaqifin deyişməsi” , “Vaqiflə Xuramanın qarşılaşması” səhnələrini göstərdilər. Vaqifin şeirlərinə bəstələnmiş mahnılar, həmçinin Azərbaycan alimlərinin şair haqqında söylədikləri yüksək fikirlər də dəyirmi masada səsləndi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi