İlkin dərs bölgüsü aparıldı

31 may 2017 – ci il tarixdə məktəbdə 2017 – 2018 – ci dərs ili üçün ilkin dərs bölgüsü aparıldı. Öncədən tərtib olunmuş qrafikə uyğun olaraq bütün fənn metodbirləşmə sədrləri, fənn müəllimləri, eyni zamanda məktəbin həmkarlar komitəsinin sədri Allahverdiyeva Elmira dərs bölgüsündə iştirak etdilər. Məktəb rəhbərliyi tərəfindən dərs bölgüsü zamanı varislik prinsipinə riayət edilərək, müəllimlərin diaqnostik qiymətləndirmədə topladığı bal və şagirdlərinin təlim göstəriciləri, uğurları yüksək olanlar nəzərə alındı. Məktəbin həmkarlar komitəsinin sədri Allahverdiyeva Elmira ilkin dərs bölgüsünə münasibət bildirərək müəllimlərə növbəti tədris ilində uğurlar arzuladı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi