Müstəqilliyim - mənim varlığım

26 may 2017-ci il tarixində məktəbdə 3ç sinfinin təşkilatçılığı ilə 28 May-Respublika gününə həsr edilmiş tədbir keçirildi. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər və valideynlər iştirak etdi.Sinif müəllimi Zeynalova Rəfiqənin hazırladığı tədbirdə müasir və müstəqil azərbaycançılıq ideyalarının təbliği təqdirəlayiq idi. Şagirdlər Azərbaycan Xalq Cümhuriyyətinin 99-cu ildönümü ilə bağlı geniş məlumatlar verdilər, Azərbaycan, rus və ingilis dillərində şeirlər, müstəqilliyimizə həsr edilmiş şüarlar nümayiş etdirdilər. Tədbirin sonunda məktəbin direktoru T.H.Zeynalova şagirdlərin sərbəst və müstəqil çıxışları üçün təbrik etdi, sinif müəllimi və valideynlərə təşəkkürünü bildirdi. 70 ildən sonra yenidən yüksələn Azərbaycan bayrağının Ulu Öndər Heydər Əliyevin siyasi idealogiyasının layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən daha da qürurla işğaldan azad ediləcək torpaqlarımızda dalğalanacağına əminliyini bildirdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi