“Ətrafımıza faydalı olaq” müsabiqəsinin qalibi

24 may 2017-ci il tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə TİKA və “Pətək”İB-nin birlikdə Bakı şəhərinin 24 məktəbində həyata keçirdiyi “Sağlam qida, sağlam nəsil” layihəsində iştirak edən məktəblərin “Sağlam olaq klubları”arasında keçirilən “Ətrafımıza faydalı olaq” aksiya-müsabiqəsinin qaliblərinin mükafatlandırma tədbiri keçirildi. Müsabiqənin keçirilməsində əsas məqsəd uşaq və yeniyetmələrin ətrafda baş verənlərə diqqətini artırmaq, başqalarına qarşı qayğıkeşlik, fədakarlıq, təmənnasız yaxşılıq etməyi bacarmaq, bu xeyirli işlərə öz həmyaşıdlarını cəlb etmək, onlara vətənpərəvərlik, xeyriyyəçilik kimi hisləri aşılamaqdır. Müsabiqəyə “Ən kreativ faydalı olaq aksiyası” nominasiyası üzrə Bakı şəhərinin 13 orta məktəbi qoşulmuşdu. Layihənin məktəb üzrə koordinatoru Hicran Əliyevanın təşkilatçılığı ilə “Sağlam olaq” klubunun liderləri “Ətrafımıza faydalı olaq” layihəsi çərçivəsində “Biz fərqli deyilik”, “Gələcəyə nikbin baxaq”, “Faydalı olmaq hər kəsin borcudur”, “Hər zaman hər yerdə faydalı olaq!”, “Faydalı olaq ki, gələcəyimiz daha parlaq və mənalı olsun!”, “Faydalı ol! Ətrafımızdakıların hörmət və sevgisini qazan!” devizi altında həyata keçirdiyi kreativ və faydalı aksiyalar məktəbimizi müsabiqənin qalibi etmişdir. “Sağlam olaq” klubunun liderləri, 6ç, 5a,5b, 3a,2ç sinifləri öz fəallıqları ilə seçildilər. Sağlam əməkdaşlıq öz nəticəsini verdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi