Sağlam həyat və zərərli vərdişlər

“Təhsili Dəyərə Çevirək” devizi altında “Ekologiya və Sağlamlıq” istiqamətində “Ekoloji aylıqlar” layihəsi çərçivəsində “Ayın ən sağlam məktəbi” olmaq üçün 25 may 2017 – ci il tarixində VII sinif şagirdləri Rus dili dərsində “Zərərli vərdişlər” mövzusu ətrafında müzakirələr apardılar. Şagirdlər ilk öncə “Sağlam həyat tərzini necə başa düşürəm?” mövzusu ilə bağlı fikirlərini yazılı şəkildə qeyd etdilər. Onlara sağlam həyat tərzinin, digər insanların sağlamlığına zərər vurmadan öz sağlamlığının saxlanmasına və möhkəmlənməsinə yönəldilmiş tədbirlərin məcmusu olduğu aşılandı. Sonda şagirdlər sağlam yaşamaq üçün bir çox sadə qaydalara (fiziki fəallıq, müntəzəm qidalanma, normal yuxu, zərərli vərdişlərdən çəkinmək) əməl edilməsinin vacibliyi nəticəsinə gəldilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi