Şagirdlərə sertifikat təqdim edildi

Bakı Şəhəri üzrə Təhsil İdarəsi, “Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı” İctimai Birliyi və məktəbin birgə fəalliyəti haqqında müqaviləyə əsasən 6-11 yaş qrupundan olan şagirdlər 02 fevral 2017 - ci il tarixindən “Etik qaydalar” adlı təlimlərə cəlb olunmuşdular. Üç ay davam edən təlimlərdə şagirdlərə qida mədəniyyəti, beynəlxalq milli mətbəx, narazılıqları bildirmə ədəbi, kübar cəmiyyətin qızıl qaydaları haqqında bilgilər aşılandı.Məktəb rəhbərliyi və Etika Akademiyasının təlimçiləri Muradova Sevinc , Hacıyeva Sevda 6-11 yaş qrupunun şagirdlərinə təlimi uğurla başa vurduqlarına görə sertifikatlar təqdim etdilər. Məktəbin direktoru Tünzalə Zeynalova Etika Akademiyasının əməkdaşlarına və valideynlərə təşəkkür etdi , şagirdlərə gələcəkdə daha böyük mükafatlara layiq görülmələrini arzuladı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi