“Heydər Əliyev və Müstəqil Azərbaycan” mövzusunda dərs keçirildi

Ulu Öndərin 94 illik yubileyinə həsr olunmuş tədbirlər davam etdirilir. 12 may 2017 – ci il tarixində məktəbin tarix müəllimi Abdullayeva Gülsüm IX sinif şagirdləri ilə “Heydər Əliyev və Müstəqil Azərbaycan” mövzusunda dərs keçdi. Dövlət himninin səsləndirilməsindən sonra ümummilli liderin həyat və fəaliyyətini əks etdirən videoçarxın nümayişi oldu. Şagirdlər Ulu Öndərin Azərbaycan xalqı üçün siyasi, ictimai və iqtisadi sahədə gördüyü qlobal, misilsiz xidmətlərdən bəhs etdilər. Dərsdə şagirdlər dahi şəxsiyyət Heydər Əliyev haqqında şeirlər söylədilər, onun aforistik kəlamlarını səsləndirdilər. Şagirdlər Heydər Əliyev məktəbinin hər zaman onlar üçün örnək olduğunu, bu məktəbdən bütün dövrlərin adamlarının bəhrələnə biləcəklərini qeyd etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi