Tarixə adını yazan dahi

Məktəbin fəaliyyət planının 1.3.25 bəndinə əsasən məktəbdə Ulu Öndərin anadan olmasının 94 illiyinə həsr olunmuş “Heydər Əliyev və müstəqil Azərbaycan” adlı silsilə tədbirlər davam edir. 10 may 2017 – ci il tarixində məktəbdə tarix müəllimlərinin təşkilatçılığı ilə ümummilli liderin xatirəsinə həsr olunmuş dəyirmi masa və idman müəllimlərinin rəhbərliyi ilə şahmat yarışı keçirildi. “Tarixə adını yazan dahi” mövzusunda keçirilən dəyirmi masa Heydər Əliyevin həyat və fəaliyyətini, hakimiyyət illərini silsilə şəkildə işıqlandıran videogörüntülərin nümayişi ilə başlandı. Ulu Öndər haqqında dünya siyasətçilərinin fikirləri səsləndirildi. Şagirdlər ümummilli liderə həsr olunmuş şeirləri və hazırladıqları kompozisiyaları təqdim etdilər. Sonda dəyirmi masanın keçirilməsində əməyi olan müəllim və şagirdlərə minnətdarlıq edən məktəbin direktoru Tünzalə Zeynalova şagirdlərə Heydər Əliyev irsini davamlı şəkildə öyrənməyi tövsiyə etdi. Məktəbin idman müəllimlərinin rəhbərliyi ilə ulu öndərin 94 illiyinə həsr olunmuş şahmat idman yarışı da keçirildi. II – IV; V – VIII; IX – XI sinif yaş mərhələləri arasında keçirilən yarışda hər yaş qrupu üzrə bir qalib müəyyənləşdirildi və məktəb rəhbərliyi tərəfindən mükafatlandırıldı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi