Dəyirmi masa keçirildi

8 may 2017 ci il tarixində 9 May – Qələbə gününün ildönümü münasibəti və 8 May Şuşanın işğalının 25 illiyinə həsr edilmiş dəyirmi masa keçirildi. Məktəbin tarix müəllimləri II Dünya müharibəsi illərində Azərbaycanın rolu, Qələbə gününün ildönümü, həmçinin Şuşanın işğal günü ilə bağlı məruzələr etdilər. Şagirdləri maraqlandıran suallar cavablandırıldı. Sonda məktəbin direktoru Tünzalə Zeynalova işğal altında olan torpaqlarımda Ali Baş Komandanın uğurlu siyasəti nəticəsində yaxın gələcəkdə Qələbə gününün qeyd olunacağını bildirdi. Dövlətimizin mütəşəkkil ordusu aprel döyüşlərində öz gücünü və ölkə başçısı İlham Əliyev cənablarının ətrafında sıx birləşdiyini nümayiş etdirdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi