Növbəti direktoryanı şura iclası keçirildi

8 may 2017 – ci il tarixində növbəti direktoryanı şura iclası keçirildi. İclasda VIII və IX siniflərdə Azərbaycan dili və Riyaziyyat fənlərindən keçirilmiş növbəti sınaq yoxlamalarının müqayisəli təhlili aparıldı. Təlim – tərbiyə işləri üzrə direktor müavini Kərimova Svetlana test yoxlamalarının nəticələri ilə iclas iştirakçılarını tanış etdi və əvvəlki yoxlamalarla müqayisəli təhlil apardı. Fənn müəllimləri test tapşırıqlarının tərtibində bütün qanunauyğunluqlara əməl olunduğunu bildirərək hər bir şagirdin göstərdiyi nəticələrə münasibət bildirdilər. Sonda məktəbin direktoru Tünzalə Zeynalova çıxış edərək fənn müəllimlərinə şagird nailiyyətlərinin irəliləyişinin izlənilməsi istiqamətində görülmüş işlərin tədris ilinin sonunadək davam etdiriləcəyini, xüsusilə zəif nəticə göstərən şagirdlərin təlim keyfiyyətini artırmaq baxımından əlavə məşğələləri davam etdirməyi tövsiyə etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi