Məktəbimizdə Bilik günü qeyd olundu

15 sentyabr tarixdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı cənab Xaləddin İsgəndərov, məktəbin fəxri üzvü, uzun müddət direktor vəzifəsində çalışan Şüküfə Axundova 283 nömrəli tam orta məktəbin "Bilik günü"ndə iştirak etmişdilər. Azərbaycan Respublikasının bayrağı altında Azərbaycan Respublikasının Dövlət Himni səsləndi. Tədbirdə ön sözü ilə məktəbin direktoru Tünzalə x. Zeynalova çıxış etdi. O, qəbul imtahanlarda əldə edilmiş yüksək nailiyyətlərlə məktəbin müəllim və şagird kollektivini təbrik etdi. Sonra söz Şüküfə x. Axundovaya verildi. O, ona doğma olan, 25 il başçılıq etmiş məktəb haqqında ürək sözlərini iştirakçılara çatdırdı.Binəqədi rayonu İcra başçısı Xaləddin m. məktəbin müəllim və şagird kollektivini təmirdən sonra yenilənmiş məktəblə, Bilik günü münasibətilə təbrik etdi. Məktəbin şagirdləri tədbirə toplaşmış qonaqlar qarşısında bədii-ədəbi proqramla çıxış etdilər. Birinci siniflərə gədəm qoyan şagirdlər üçün İlk zəng vuruldu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi